Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Azərbaycanda minlərlə şəxsin sürücülük hüququ ləğv edildi – ŞOK SƏBƏB
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Leysanovlar kabusu: “Meyvəli”dən Mil-Muğan çöllərinədək…
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcbari tibbi sığorta ilə bağlı qaranlıq məqam: Özəl xəstəxanalar da pulsuz olacaq? - RƏSMİ CAVAB

İcbari tibbi sığorta ilə bağlı qaranlıq məqam: Özəl xəstəxanalar da pulsuz olacaq? - RƏSMİ CAVAB


2020-ci ildən etibarən icbari tibbi sığorta mərhələli şəkildə Azərbaycanda tətbiq ediləcək. Birinci mərhələdə, yəni ilk üç ay ərzində vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq, aprel ayında isə ikinci mərhələ başlayacaq. İkinci mərhələdə vətəndaşların icbari sığortasına görə onların əmək haqlarından müəyyən vəsait tutulacaq.Xəbər verildiyi kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq 5 özəl xəstəxana ilə müqavilə bağlayıb. Bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir. 



Maraqlıdır, özəl xəstəxanalar bu prosesə cəlb olunacaqmı?



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cebhe.info-nun sorğusunu cavablandırıb. Qurumun sorğusunda qeyd olunub ki, Agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək.



“2020-ci ilin yanvar ayından başlayaraq icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərəcək dövlət tibb müəssisələrinin siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (https://its.gov.az/files/1/tbib_siyahi.pdf) yerləşdirilib. 



Agentlik pilot layihə müddətində baza zərfinə daxil olan, lakin icbari tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdəki (Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonları) dövlət tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlərin göstərilməsi məqsədilə qeyri-dövlət tibb müəssisələri ilə müqavilələr bağlayıb. 



1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Agentliyin nəzdindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri veriləcək ki, onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər zərfində nəzərdə tutulan, lakin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərin əhaliyə göstərilməsi üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin bağlanılması nəzərdə tutulub. 2020-ci ildə qüvvədə olacaq xidmətlər zərfi təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”-deyə sorğuya cavabda bildirilib.


Teqlər:
Bu xəbər cəmi 165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR