Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Azərbaycanda minlərlə şəxsin sürücülük hüququ ləğv edildi – ŞOK SƏBƏB
Dostlarını da, düşmənlərini də haqlı çıxaran general
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Leysanovlar kabusu: “Meyvəli”dən Mil-Muğan çöllərinədək…
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Həvəskarların Milli Məclisə nə üçün can atdıqlarını anlaya bilmirəm" - Sabiq nazir seçkidən geri çəkilməsini belə izah etdi


"Mətbuatda deputatlığa namizədliyimi kiminsə xeyrinə geri götürdüyüm barədə əsassız yazılara rast gəlirəm. Bu yazıların müəlliflərinə bildirirəm ki, sensasiya axtarışında olmasınlar. Mən hər gün mətbuatla işləyirəm. Bu suala cavab axtaranlar, əgər bu barədə məndən soruşsaydılar, özüm hər şeyə aydınlıq gətirərdim".



 Mia.az xəbər verir ki, bu sözləri  sabiq maliyyə naziri Fikrət Yusifov deyib.



 O bildirib ki, Sumqayıt 41 saylı seçki dairəsindən deputatlığa namizədliyini Ana Vətən Partiyası (AVP) irəli sürüb: "Ana Vətən Partiyasının bütün respublika üzrə müxtəlif seçki dairələrindən irəli sürdüyü namizədlərin ümumi sayı 60-dan çox olub. Bildiyim qədər onlardan cəmisi 10-u qeydiyyatdan keçib. Mənim namizədliyimin həmin siyahı ilə verilməsi də daha çox AVP rəhbərliyinin təşəbbüsü idi. Ancaq mən namizədliyimin qeydiyyata alınmasını istəmədim və bununla bağlı Sumqayıt şəhəri 41 saylı seçki məntəqəsinin rəhbərinə məlumat verdim. İndi kimsə yazır ki, mən namizədliyimi geri götürmüşəm. Axı imza vərəqələri götürmədən, qeydiyyata düşmədən necə namizəd olmaq olar?



 Namizəd olmayan birisi namizədliyini necə geri götürə bilər? Absurddur, deyilmi? Ayıbdır, bir qədər özünüzə hörmət edin, sensasiya yaratmaq xatirinə ağlınızı itirməyin".



 Sabiq nazir bildirib ki, seçkiyə getmək qərarında olsaydı, heç kimin də qarşısından geri çəkilməzdi: "Bundan öncəki seçkilərdədə də iştirak etmək şanslarım olub. Lakin səbəbini izah edə bilməsəm də, ən böyük həqiqət budur ki, paralment auditoriyası məni heç vaxt özünə cəlb etməyib. Yəqin ki, belə əhval-ruhiyyənin formalaşmasında, vaxtılə ölkənin Maliyyə naziri kimi parlament qarşısında dəfələrlə Dövlət büdcəsini müdafiə etməyimin də rolu böyükdür. Bir sözlə, bu auditoriyanın öz həvəskarları var. Mən oranın həvəskarı deyiləm. Doğrusu budur. Orada oturub seçicisi üçün heç nə edə bilməyəcək həvəskarların isə, ora nə üçün can atdıqlarını heç anlaya bilmirəm".


Teqlər:
Bu xəbər cəmi 85 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR