Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Azərbaycan, Türkiyə, Pakistan tarixə qardaş ölkələr kimi düşüb” - General-leytenant Hikmət Mirzəyev
Azərbaycanda D vitaminini səhv təyin edirlər - Uzmandan Xəbərdarlıq
Tolerantlıq nədir?
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil nazirinə müşavir təyin olunan 33 yaşlı Simuzər Feyzullayeva həbsxanada ölən sabiq nazirin qızıdır? – MARAQLI DOSYE

Təhsil nazirinə müşavir təyin olunan 33 yaşlı Simuzər Feyzullayeva həbsxanada ölən sabiq nazirin qızıdır? – MARAQLI DOSYE


Xəbər verdiyimiz kimi, bu gün yeni Təhsil naziri Emin Əmrullayev Simuzər Feyzullayevanı nazirin müşaviri təyin edib.

Yenimeydan.info xəbər verir ki, Feyzullayeva Simuzər Rafiq qızı 1987-ci ildə Bakıda anadan olub. Bakının Səbail rayonunda yerləşən 219 saylı orta məktəbdə təhsil alıb.

2004-cü ildə 565 balla Bakı Dövlət Universitetinin “Hüquq” Fakultəsinə daxil olub. 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Simuzər Feyzullayeva 2010-cu ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ magistr proqramında təhil alarkən  Vyana şəhərində 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Simuzər Feyzullayeva “KPMG Azerbaijan Ltd” şirkətində çalışan zaman – 2019-cu ildə Baş nazirin müavini Yaqub Eyyubovun əmri ilə  Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının İşçi qruplarının tərkibinə daxil edilib.

Onu da bildirək ki, Simuzər Feyzullayevanın  1989-92-ci illərdə Azərbaycan  Respublikasının xalq təhsili naziri vəzifəsində çalışmış Rafiq Feyzullayevin qızı olduğu bildirilir.

15 sentyabr 1992-ci ildə Azərbaycan Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə Azərbaycan Respublikası müdafiə nazirinin hərbi tədris müəssisələri və xarici ölkələrdə təhsil alanlar üzrə müavini vəzifəsinə təyin olunan  Feyzullayev Rafiq Babaş oğlu Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967-1970).

1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 1991‑ci ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.

1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib.

Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib. SSRİ KP‑nın XXVIII qurultayında Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilib.

Azərbaycan Ali və Orta İxtisas Təhsili nazirinin müavini, xalq təhsili nazirinin müavini (1983-1989) və təhsil naziri (1989-1992), Respublika müdafiə nazirinin müavini (1992-93), Elm və Texnika Komitəsinin sədr müavini (1992-1996) vəzifələrində işləyib.

1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müavini vəzifəsini icra edib.

Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şüvələn qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib. Rafiq Feyzullayev 70‑dən artıq elmi əsərin və tədris vəsaitinin müəllifi olub.


Teqlər:
Bu xəbər cəmi 2475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR