Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Dəfələrlə demişəm, III Dünya savaşı ola bilər
Zelenski azərbaycanlı hərbçiləri təltif etdi
ABŞERONDA EV TİKMƏK ÜÇÜN RÜŞVƏTİN QİYMƏTİ QALXDI
İmran Xan istefa verdi
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ABŞERONDA EV TİKMƏK ÜÇÜN RÜŞVƏTİN QİYMƏTİ QALXDI

ABŞERONDA EV TİKMƏK ÜÇÜN RÜŞVƏTİN QİYMƏTİ QALXDI
Abşeron rayonunda fərdi ev tikmək üçün rüşvətin qiyməti qalxıb. Deyəsən, pandemiyanın yaratdığı bahalaşma rüşvətin də məbləğini artırıb. Amma bu hal hələlik Abşeron rayonunda müşahidə edilir.


Rayon sakinləri TİA.Az-a deyirlər ki, Abdin Fərzəliyevin rayona icra başçısı təyin olunmasından sonra daşı daş üstə qoymaq üçün tələb olunan rüşvət bahalaşıb.

Məlumata görə, sabiq icra başçısı İradə Gülməmmədovanın dövründə əgər birmərtəbəli ev üçün 1000-2000 manat istənilirdisə, indi bu məbləğ iki dəfə artaraq fantastik rəqəm olub – 5000 manat.

Eyni zamanda, ikimərtəbəli ev tikdirmək arzusunda olanlar keçmiş başçının dönəmində 2500-3000 manat rüşvət verəmli olurdusa, A.Fərzəliyev gəldikdən sonra qiymət 10 000 manata çatıb. Deyəsən, Nərimanov rayonundan Abşerona başçı göndərilən A.Fərzəliyev həm fərqində deyil ki, bu bölgədə imkanlı ailələr azdır, bu rüşvəti verməyə gücləri çatmayacaq, həm də məhz ev tikmək rüşvəti üstündə sabiq başçının komandasının həbsə getdiyini unudub.



O zaman yada sala bilərik ki, baş memar Akif Əliyev və Abşeron İH-də digər vəzifəli şəxslər vətəndaşlardan ev tikintisinə icazə üçün rüşvət istədiklərinə görə həbsdədirlər. Bu siyahıda İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalov da var idi, bir müddət sonra qohumunu azad etdirə bildi.

Ancaq görünən budur ki, “gözü çıxmış qardaşdan” dərs çıxarmayan A.Fərzəliyev və komandası bu qanunsuz işləri davam etdirmək azmış kimi rüşvətin qiymətini də qaldırıb.

TİA.Az bildirir ki, Abşeron rayonunda torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ona görə ev tikmək qanunla qadağandır. Amma iddialar var ki, Abşeronun icra başçısının nümayəndələri həmin torpağın üstündə tikinti aparmaq üçün rüşvət alırlar. Bu prosesdə Fərzəliyevin “sağ əli” onun müavini, həmçinin “qara kassası” sayılan Nurlan Həsənov iştirak edir.

Nərimanov İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Nurlan Həsənov bu ilin fevralında Abşeron İH-də vəzifə ilə təmin olunub.

N.Həsənov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini daşıyır.

Məlumata Nurlan Həsənovun bu vəzifəsi formal xarakter daşıyır. Onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.


Teqlər:
Bu xəbər cəmi 1040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR