Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Dəfələrlə demişəm, III Dünya savaşı ola bilər
Zelenski azərbaycanlı hərbçiləri təltif etdi
ABŞERONDA EV TİKMƏK ÜÇÜN RÜŞVƏTİN QİYMƏTİ QALXDI
İmran Xan istefa verdi
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SƏBAİL BƏLƏDİYYƏSİ PULLARI HAVAYA SOVURUB – İQTİSADÇIDAN ARAŞDIRMA

SƏBAİL BƏLƏDİYYƏSİ PULLARI HAVAYA SOVURUB – İQTİSADÇIDAN ARAŞDIRMA
Son bir il ərzində Səbail bələdiyyəsi vergi yığımında birdən birə aktivlik göstərməyə başlayıb


 TİA.Az məlumat verir ki, bu haqda iqtisadçı Toğrul Vəliyevin araşdırmasında qeyd olunur. Onun sözlərinə görə, əslinə qalsa bu müsbət məqamdır (yeri gəlmişkən, bələdiyyə vergisi ödəmə sistemi Dövlət Vergi Xidmətindən daha rahatdır). “Düşündüm ki, görək mənim ödədiyim vəsaitlər necə xərclənib? Öyrənmək heç də çətin olmadı. Sən demə bələdiyyəmizdə 2021-ci ildə şəffaflıq “dövrü” başlayıb və rəsmi sayt yerinə istifadə olunan Facebook-səhifəsində bu ilin birinci yarısına dair hesabatı da paylaşıblar.





Bələdiyyənin verdiyi məlumata görə, bu ilin ilk yarısında vergi yığımlarının həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 60% artıb. Bələdiyyənin əsas gəliri “kurort və mehmanxana rüsumu” təşkil edib. Bəs bu nə deməkdir? “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanununa görə “bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir”. Bu rüsum üzrə bələdiyyənin gəliri 191,9 min manat təşkil etdiyini nəzərə alsaq, bələdiyyə ərazisində yerləşən mehmanxanalarda 174,5 min gecələmə olduğunu müəyyən edə bilərik. Müqayisə üçün, 2021-ci ilin yanvar-iyun aylarında bütöv Bakı üzrə 358 min idi və o zaman Səbailin payı 28% idi. Başqa sözlə Bakıya gələn turistlərin 28%-i şəhərin mərkəzində və Bayılda qalır.



Bəs bu vəsaitlər (bələdiyyə 6 ay ərzində cəmi 401 min manat qazanıb) necə xərclənib? Məlumata görə, bunun 176,3 min manatlıq hissəsi və ya 47,9%-i bələdiyyə işçilərinin əməkhaqqlarının ödənilməsinə gedib. Yəni bələdiyyə vəsaitlərinin yarısı maaşlara gedib. Faktiki olaraq bu o deməkdir ki, biz, Səbail sakinləri, 20-30 (bəlkə də daha çox) işçi üçün iş yeri açmışıq və pul veririk. Bu nisbətən yaxşı vəziyyətdir. Bir çox bələdiyyələrdə bu nisbət 60-70%-ə çatır. Bu azmış kimi, bələdiyyə 6 ay ərzində “mükafat, ad günü təltiflər və ezamiyyə” maddəsi üzrə 3,8 min manat xərcləyib. Maraqlıdır, kimi və hara ezamiyyə ediblər? Hesabatdan həmçinin öyrənirik ki, bələdiyyənin xidməti avtomobili də var. Bu avtomobilin aylıq saxlanılması 1250 manata başa gəlir. Bələdiyyə sədri deyəsən bulvarı çox sevmir. Bələdiyyənin ərazisinin əvvəli 20-ci sahədir (bulvarın başlanğıcı), sonu isə Azadlıq meydanı tərəfdədir. Yəni bütöv ərazini keçmək üçün piyada maksimum 1-1,5 saat lazımdır. Belə ərazidə xidməti avtomobilin olması yalnız bələdiyyə üzvlərinin gəzinti və ictimai nəqliyyatı sevmədiklərinə görə mümkündür.



Bundan başqa “təsərrüfat məqsədləri” ilə 96 min manat xərclənib. Keçən ilin eyni dövrü ilə müqayisədə bu 9,2 dəfə artım deməkdir. 2022-ci ilin ilk yarısında nə baş verdiyini demək çətindir, amma deyəsən “təsərrüfatları” ciddi sürətdə artıb. Beləliklə, 367 min manat xərclərdən 310 min manatı faktiki olaraq işçi heyətin və işçilərin oturduğu ofisin saxlanılmasına gedib. Faktiki olaraq, bələdiyyənin əsas məqsədi sadəcə bələdiyyə olmaqdır. Birbaşa sakinlərə aid istiqamətlər üzrə xərclər çox da böyük deyil: 28,8 min manat maddi yardımlara, 23,4 min manat abadlığa (təxmin edə bilərik ki, bu vəsaitlər də oturduqları binaya gedib), 3,8 min mədəni tədbirlərə və s. Hətta minimal hesablasaq, xərclərin 84%-i özlərinə xərcləyiblər. Bununla bağlı şərhlərdə 2021-ci ilin hesabatına bir istifadəçi yaxşı sual verib: “Yığılan vəsaitin 93,6% özünün fəaliyyəti üçün, ərazidə abadlıq işlərinin aparılması üçün isə 1%-dən az vəsait xərcləyən Səbail bələdiyyəsi həmin ərazidə yaşayan sakinlərə lazımdırmı? Sual ritirikdir, cavab verməyə ehtiyac yoxdur”.


Teqlər:
Bu xəbər cəmi 410 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR