Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-da aviasiya bazasını ziyarət edib
Bayramov norveçli həmkarı ilə görüşdü
Avroparlamentarilərə Zəngəzur dəhlizindən danışıldı
Rüfət Quliyev: “Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silirlər”
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rusiyada niyə Azərbaycan məktəbi yoxdur?

Rusiyada niyə Azərbaycan məktəbi yoxdur?
Ermənistanda rus məktəblərinin bağlanmasına rəğmən Azərbaycanda hələ də 350-dən artıq rus məktəbi fəaliyyət göstərir. Rusiyada isə tam əksinə, erməni məktəbləri var, Azərbaycan məktəbi isə yoxdur.


Mövzu ilə bağlı Axar.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu dövlət siyasəti məsələsi deyil.



“İran kimi dövlətdə 30 milyonluq azərbaycanlı tələb edib özünə Azərbaycan məktəbi aça bilmirsə, lakin erməni məktəbi varsa, dövlət buna nə etsin?! Xalqın özünün ana dilində olan məktəbə sevgisi olmalıdır. Bizdə isə məktəb arxa planda gəlir. Rusiyada da ola bilər ki, maarifpərvər insanlar buna cəhd edib. Amma hər kəs bunu istəyirmi? Bunun üçün çalışırlarmı? Əsas məsələ budur.



İmkan yaratsalar, Azərbaycanda hamı rus məktəbi açar. Ölkəmizdə öz dilimizdə məktəb olsa da, niyə çoxu uşağını rus məktəbinə göndərir? Bunun səbəbini axtarmaq lazımdır. Bizə övladımızı rus məktəbinə aparmağı heç kim məcbur etmir.



Rusiya və ya İranda bizə Azərbaycan məktəbi açmaq üçün şərait yaratmırlar, görünür özümüz də istəmirik. Ola bilər ki, 10-15 nəfər dil öyrənmək üçün bunu etsin.



Amma ermənilərdə məktəb ənənədir. Hara gedirlərsə, birinci məktəb fikirləşib, məktəb binası tikirlər. Biz isə məktəb binası tikmirik! Hara getsək, birinci ev-eşik tikib, küçəni buraxırıq başlı-başına xaraba içində qalır. Ancaq öz həyətimizdə ağac əkirik. Ona görə də bu, özümüzdən asılı olan məsələdir. Burada tamamilə bir xarakter ortaya qoyulmalıdır. Açığı bizdə məktəblərlə bağlı xarakter görünmür.



Rusiyanın hansısa şəhərində erməni məktəbinin açılmasında həm də kilsənin müəyyən dərəcədə rolu var. Kilsə məktəb məsələsinə xüsusi diqqət yetirir, dəstək verir, yığılan vəsaiti oraya yönəldir. Bizdə məsciddə nəziri məktəbə yönəltsək, ölkədə əhali heç gedib nəzir verməz. Siz görmürsüz ki, nəzir davası gedir?! Nəyə xərclənir, heç soruşan yoxdur. Odur ki, proseslərə yenidən baxmalıyıq: biz nədə geridə qalırıq, səhvimiz, yanlışımız nədir?!” – millət vəkili deyib.


Teqlər:
Bu xəbər cəmi 560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR